Sumqayıt dəmir yolu vağzalındakı yanğın söndürüldü – VİDEO – YENİLƏNDİ-2backend

Sumqayıt dəmir yolu vağzalındakı yanğın söndürüldü - VİDEO - YENİLƏNDİ-2

Sumqayıt Dəmir Yolu Vağzalının inzibati binasının damında quraşdırılan 1 ədəd kondisioner kompressoru, divar üzlüyü 15 m² sahədə və 10 p.m elektrik kabeli yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın zamanı 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:48

Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.

İlkin ehtimala görə, kondisionerdə qısaqapanmadan sonra yaranan alov alkapon və naqillərə keçib.

***

22:22

Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.

KONKRET.az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.

Yanğının qarşısını almaq üçün müvafiq işlər görülür.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*