“Sumqayıt” sabiq məşqçisinə təzminat ödəyəcəkbackend

"Sumqayıt" sabiq məşqçisinə təzminat ödəyəcək

“Sumqayıt”ın sabiq məşqçisi Elnur Çodarovun müraciəti əsasında Beynəlxalq İdman Arbitraj Məhkəməsinin (CAS) araşdırması yekunlaşıb.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sabiq sədri Nailə Rüstəmzadə “facebook” hesabında paylaşım edib.

Qurum məşqçinin şikayətində haqlı olduğunu bildirib. CAS-ın qərarına əsasən “Sumqayıt” klubunu müqavilənin pozulmasına görə Elnur Çodarova 10725 (on min yeddi yüz iyirmi beş) manatı məbləğində təzminat ödəməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*