Sumqayıtda 500 nəfər koronavirusa yoluxdubackend

Sumqayıtda 500 nəfər koronavirusa yoluxdu

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın nəzdində fəaliyyət göstərən xüsusi laboratoriyada may ayının 8-dən bu günədək 9000 nəfər COVID-19 testindən keçib.

KONKRET.az xəbər verir ki, xəstəxanadan veilən məlumata görə, götürülən testlərdən 500-ə qədəri pozitiv nəticə verib. Bunun əksəriyyəti şəhər sakinləridir. Sutka ərzində laboratoriyaya 250-300 müraciət daxil olur. Əsasən Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan vətəndaşların müraciəti icra olunur, digər ərazilərdən göndərilən nümunələrin qəbulu laboratoriyanın işi çox olduğu üçün dayandırılıb.

pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*