Sumqayıt şəhərindəki “Green house” şadlıq sarayında baş vermiş yanğın tam söndürülüb.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
***
Sumqayıtda “Green house” şadlıq sarayında baş verən yanğın məhdudlaşdırılıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində havanın küləkli olmasına baxmayaraq yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
***
15:07
Sumqayıt şəhərindəki “Green house” şadlıq sarayında yanğın baş verib.
Bu barədə KONKRET.az-a hadisə şahidləri məlumat verib.
Qeyd edək ki, hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə çalışır.
Yanğının baş vermə səbəbləri araşdırılır.
