Sumqayıtda YANĞIN! – Yaralı varbackend

Sumqayıtda YANĞIN! - Yaralı var

Sumqayıt şəhərində yanğın hadisəsi baş verib.

KONKRET.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisindəki əşyalar 50 m² sahədə, yaxınlıqda, ümumi sahəsi 110 m² olan çayxananın dam örtüyü 2 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin və çayxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*