“Super Kubokun Bakıda keçirilməsi yaxşı olar” – “Qalatasaray”ın prezidentibackend

“Super Kubokun Bakıda keçirilməsi yaxşı olar” - “Qalatasaray”ın prezidenti

“Qalatasaray”ın prezidenti Dursun Özbek Türkiyə Super Kubokunun Bakıda keçirilmə ehtimalına münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o, bu barədə jurnalistin sualını cavablandırıb:

“Çox yaxşı olar. Bakıya gedəndə gördüyümüz münasibət Türkiyədən fərqli deyil. Azərbaycandakı qardaşlarımızı da məmnun etmiş olarıq . Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək. Bunun üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Türkiyə Super Kuboku oyunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.  “Qalatasaray” həlledici matçda “Fənərbaxça” ilə qarşılaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*