Sürücü sükan arxasında infarkt keçirdi: Avtomobil qəzaya düşdübackend

Sürücü sükan arxasında infarkt keçirdi: Avtomobil qəzaya düşdü

Gəncə şəhərində sürücü sükan arxasında infarkt keçirib, avtomobil qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə 6 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıqfora çırpılıb.

Hadisə yerinə təcili yardım briqadası və yol polisi əməkdaşları cəlb olunub.

Məlum olub ki, avtomobilin sürücüsü Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü İlqar Usubov sükan arxasında infarkt keçirərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*