Sürücülərə 500 manatlıq forma “alan” kimdir?backend

Sürücülərə 500 manatlıq forma "alan" kimdir? - AÇIQLAMA

Bakı Bus MMC ilə bağlı problemin aradan qaldırılması üçün idarəetməyə yanaşma dəyişməlidir.

KONKRET.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, Bakı Bus MMC-nin özəlləşdirilməsi daha səmərəli addım olar:

“Bakı Bus MMC əvvəl Bakı şəhər İcra Hakimiyyətinin, daha sonra Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilmişdi. İndi isə İnvestisiya Holdinqinə verildi. Bu qərarların arxasında səmərəli idarəetmənin olmaması dayanır. Bununla bağlı faktlar da var. Məsələn, avtobus sürücüsünə 500 manatdan baha kostyum alınır. Bu qurum belə idarə olunacaqsa, o, dövlətə ağır yük olacaq. Buna görə də sahibkarlara imkan yaratmaq lazımdır. Dəfələrlə təklif etmişəm ki, “Bakı Bus” üçün ayrılan pullar güzəştli kredit olaraq sahibkarlara verilsin.

Onsuz da MMC-yə ayrılan pullar geri qaytarılmır. Məndə olan məlumata görə, bəzi illərdə bu qurum heç cari xərclərini, yəni sürücülərin maaşını, avtobusların təmirini, yanacağını ödəyə bilmir və dövlətdən dotasiya alır. Baxmayaraq ki, bu avtobusları elə dövlətin özü alıb. Əgər həmin pulları faizsiz kredit olaraq sahibkarlara təklif etsələr, onlar bu işi daha yaxşı görər. Təbii ki, burada sahibkarları da düzgün seçmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*