Svyatogorsk meri Ukraynaya xəyanət edərək “DXR” tərəfinə keçib.
KONKRET.az xəbər verir ki, Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Svyatogorsk şəhərinin meri Volodimir Bandura satqınlıq edərək Rusiya tərəfinə keçib.
Hələ may ayında o, rusları işğalçı adlandırmışdı, lakin Donetsk vilayətinin separatçı “lideri” Denis Puşilinin Telegram kanalına görə, əslində o, bütün bu müddət ərzində “ikili agent” olub.
Puşilin Bandura ilə uzun müddət əlaqə saxladıqlarını bildirib.
Ukraynaya xəyanət etdiyi üçün Svyatogorsk meri vəzifəsində saxlanılıb, indi o, şəhərin işğal administrasiyasına rəhbərlik edəcək.
Qeyd edək ki, ötən həftə Dövlət İstintaq Bürosu Svyatogorsk merinə qarşı “dövlətə xəyanət” maddəsi ilə cinayət işi açıb. Səbəb isə Banduranın Silahlı Qüvvələri Svyatogorsk Lavrası Bütün Müqəddəslər Sketesini yandırmaqda ittiham etməsi olub.
O, həmçinin bildirib ki, Ukrayna hərbçiləri “ruhaniləri və rahibləri öldürür, qarət, soyğunçuluqla məşğul olur”, prezident Volodimir Zelenski və ətrafı isə “təslim olmaq istəməməkdə” ittiham olunur.
Xatırladaq ki, Svyatogorsk iyunun 7-də müvəqqəti olaraq Rusiya Federasiyasının işğalçı qoşunlarının nəzarətinə keçib.
Məlumdur ki, Vladimir Bandura 2020-ci ilin oktyabrında Müxalifət Platformasından namizəd olaraq seçkilərdə qalib gələrək Svyatogorsk meri olub. İndi onu ən azı həbs cəzası gözləyir.

Xuraman Etibarlı,
KONKRET.az
