Tacikistan-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı ölənlərin sayı 81-ə çatdıbackend

Tacikistan-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı ölənlərin sayı 81-ə çatdı

Tacikistan-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı həlak olanların sayı 81-ə çatıb.

KONKRET.az “Reuters“ə istinadən xəbər verir ki, Qırğızıstan bu gün daha əvvəl baş vermiş toqquşmalar zamanı ölənlərin sayının 46-ya çatdığını bəyan edib. Əməliyyatlarla əlaqələr 137 min Qırğızıstan vətəndaşı təxliyə edilib, onların bir qisminin geri qayıtmağa başladığı bildirilir.

Qırğızıstan hökumət sentyabrın 19-u matəm günü elan edib.

Tacikistan isə bu gün ölənlərin sayının 35-ə çatdığını açıqlayıb.

Tacikistan XİN-in bəyanatında bildirilib ki, Qırğızıstan mediasında onlara qarşı kampaniya başladılıb. Qeyd olunub ki, Qırğızıstan Prezidenti Sadir Caparov bu gün Tacikistanla bağlı danışarkən “düşmən” ifadəsi işlədib.

Kremlin məlumatına görə, bu gün tacik həmkarı Emomali Raxman və qırğız həmkarı Sadir Caparovla telefonla danışan Rusiya Prezidenti Vladimir Putin tərəfləri eskalasiyadan qaçmağa çağırıb.

Qeyd edək ki, sentyabrın 16-da Qırğızıstan və Tacikistan arasında atəşkəs əldə edilib./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*