Taekvandoçumuz bürünc medal qazandıbackend

Taekvandoçumuz bürünc medal qazandı

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvandoçumuz Adil Eyvazov (58 kq) Rusiya təmsilçisi Vladimir Mysov ilə qarşılaşıb.

KONKRET.az xəbər verir ki, idmançımız rəqibinə 2:0 hesabı ilə məğlub olub. Bununla da A.Eyvazov bürünc medal əldə edib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə – badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*