Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti qələbəsini qazanıb.
KONKRET.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən UFC turnirində Abdullayev avstraliyalı Ceyk Mettyusu üç raundun yekununda hakimlərin yekdil qərarı ilə məğlub edib.
Xatırladaq ki, Abdullayev UFC-də debütünü 2026-cı ilin iyununda Bakıda keçirilən turnirdə edib və braziliyalı Cefferson Nasimentoya qalib gəlib.
