Qırğızıstan hökuməti vətəndaşlıq alanlar haqqında məlumatları məxfiləşdirib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısının rəsmi saytında da vətəndaşlıq alanların adları göstərilmir.
Belə ki, yalnız böyüklərin və uşaqların Qırğızıstan vətəndaşı olması ilə bağlı məlumatlar təqdim edilir.
Prezident administrasiyası dəyişiklikləri şərh etməyib. Sadəcə bildirilib ki, prezidentin bəzi sərəncamları rəsmi istifadə üçün dərc oluna bilər.
İqbal Rzayev,
KONKRET.az
