Axtarış zamanı şübhəlilərdən birinin zinət əşyalarını ələ keçirən erməni müstəntiqlər tamahlarına məğlub olublar. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Xüsusi İstintaq Xidmətinin müstəntiqləri 15 min dollar məbləğində qızıl-zinət əşyalarını mənimsəməkdə ittiham olunurlar.
İlkin məlumatlara görə, Yerevan inzibati rayon şöbəsinin böyük müstəntiqləri L.Q. və V.A. dələduzluqda ittiham olunan şəxsin mənzilində axtarış apararaq 7.1 milyon dram (15 min dollar) dəyərində qızıl-zinət əşyalarını götürüblər.
Ancaq tapılan zərgərlik məmulatları mağazaya verilməyib. Müstəntiqlərdən biri cinayəti gizlətmək üçün təqsirləndirilən şəxslərin qızıl-zinət əşyalarının geri qaytarılmasında vasitəçiliyini rədd edərək, zərgərlik işlərinin məhkəmə xərclərini ödəmək üçün lazım olacağını deyib.
Leyla ŞİRMƏMMƏDOVA
