Tanınmış azərbaycanlı dizaynerdən Dubaydan şok PAYLAŞIM – VİDEObackend

Tanınmış azərbaycanlı dizaynerdən Dubaydan şok PAYLAŞIM - VİDEO

Dünya şöhrətli azərbaycanlı dizayner Rufat Ismayil İran, İsrail və ABŞ arasında başlayan müharibə fonunda Dubayda qorxu dolu anlar yaşayıb.

KONKRET.az xəbər verir ki, müsahibəsində artıq bir neçə gündür dostları ilə birlikdə Dubayda olduğunu bildirib.

“Hazırda danışmaq mənim üçün çətindir, çünki hələ də özümə gələ bilməmişəm. Çox qorxdum, çünki belə bir şeyi hər gün görmək olmur. Həyatımda heç vaxt bu günkü qədər qorxmamışdım. Biz The St. Regis Dubai, The Palm hotelindəyik. Çimərlikdə idik, yemək yeyirdik və birdən nəsə uçduğunu gördük. Hamı qışqırmağa başladı ki, bu raketdir. İnsanlar müxtəlif istiqamətlərə qaçmağa başladılar. Mən də əvvəlcə çaşdım, nə edəcəyimi bilmədim. Otelə qaçdıq. İndi digər turistlər və otel əməkdaşları ilə birlikdə birinci mərtəbədəyəm. Hara gizlənəcəyimizi belə bilmirik”, – deyə Rufat bildirib.

O etiraf edib ki, çox qorxur, lakin hazırda başqa çıxış yolu yoxdur və yalnız hər şeyin bitməsini gözləmək qalır. Dizayner əlavə edib ki, yaxınları və dostları onun üçün çox narahatdırlar, lakin rabitə vaxtaşırı kəsildiyi üçün hər kəsə cavab verməkdə çətinlik çəkir.

“Dubay kimi təhlükəsiz hesab etdiyim şəhərdə belə bir hadisənin baş verəcəyini heç düşünməzdim. Qoy bu bombalar, bu müharibələr dayansın. Ramazan ayında belə hadisələrin baş verməsini istəməzdim. Mənimlə hər şey qaydasındadır. Qorxduğumu inkar etmirəm, amma hazırda başqa yol yoxdur”, – deyə o vurğulayıb.

Xatırladaq ki, dizaynerin dəfilələri Milan, Florensiya, Tehran və digər şəhərlərdə keçirilib. O, “Türkiyənin ən yaxşı dizayneri” adına layiq görülüb və Beyons, Cennifer Lopez, Ariana Qrande, Peris Hilton, Dua Lipa, Cordan Hyuston kimi dünya ulduzları ilə çalışıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*