Bağlı qapı arxasında qalmış azyaşlı xilas edildi – VİDEObackend

Bağlı qapı arxasında qalmış azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Gəncə şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin qapısını açaraq yatmış vəziyyətdə aşkar olunan 2023-cü il təvəllüdlü azyaşlını valideynlərinə təhvil veriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*