Qardaş ölkə olan Özbəkistanda bu hadisə hüquq-mühafizə orqanlarını və ictimaiyyəti şoka salıb.
KONKRET.az xəbər verir ki, ölkənin Surxandərya vilayətinin Şərabad rayonunda 4 arxeoloji abidənin üzrəində tövlə və tualet tikilib.
Özbəkistan Baş Prokurorluğu Mədəni İrs Agentliyi ilə birgə keçirdiyi reyd zamanı aşkar edib ki, nəticədə dövlət mühafizəsində belə abidələr ciddi zədələnib. Ümumilikdə tarixi abidələrə 7 milyard sum (571 min dollar) məbləğində ziyan dəyib.
Xüsusilə: Yaşayış binalarının tikintisi ilə əlaqədar 200 kv.m. Qurintəpə abidəsinə (V-VIII əsrlər) – zərər 4,7 milyard som (383,5 min dollar) təşkil edib;
- Toştəpə abidəsinin (V-VII əsrlər) üzərində tövlə tikməklə dövlətə 1,2 milyard som (98 min dollar) ziyan dəyib.
- Yol çəkilişi ilə əlaqədar olaraq “Təlləqan Təpə” abidəsi m (e.ə. V-I əsrlər) zədələnib. Ziyanın məbləği 888 milyon somdur (72,5 min dollar).
- Xuşvakt Təpə abidəsində (I-IV əsrlər) 12 kv sanitar qovşağı tikilib və bununla da ziyanın məbləği 266 milyon soma (təxminən 22 min dollar) çatıb.
Baş Prokurorluq əlavə edib ki, faktla bağlı rayon icra hakimiyyətinin (idarə) əməkdaşları və digər şəxslər barəsində cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu, Surxandərya rayonunda baş verən ilk belə hadisə deyil. Bu ilin avqustunda Şurçinski rayonunda arxeoloji abidələrin zədələnməsinə səbəb olan bir sıra qanun pozuntularının müəyyən edildiyi bildirilirdi. Məmurların və inşaatçıların qanunsuz hərəkətləri nəticəsində dəymiş ümumi zərər 3 milyard sumdan (257 min dollar) çox olub.
Rəsmiyyə Şərifova,
KONKRET.az
