Tatarıstan rəhbərinə qarşı sanksiyalar hazırlanır…backend

Tatarıstan rəhbərinə qarşı sanksiyalar hazırlanır...

Avropa İttifaqının oktyabr ayında indiyədək ən genişmiqyaslı sanksiya paketlərindən birini elan edəcəyi gözlənilir. Yeni siyahının 1600-dən çox bənd üzrə genişləndiriləcəyi bildirilir.

KONKRET.az xəbər verir ki, sanksiyaların ayrıca kateqoriyasına ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasına görə məsuliyyət daşıdığı iddia edilən şəxslər və təşkilatlar daxil edilə bilər.

Məhdudiyyətlərin tətbiq olunacağı müəssisələrin ümumi illik dövriyyəsinin təxminən 22 milyard dollar olduğu bildirilir. Sanksiya siyahısına təxminən 10 nəfərin və 15-dən çox təşkilatın daxil edilə biləcəyi qeyd olunur.

Namizədlər arasında Tatarıstanın rəhbəri Rüstəm Minnixanov da var. O, ukraynalı uşaqların Tatarıstandakı düşərgələrə, o cümlədən Zelenodolsk rayonunda yerləşən “Miras” düşərgəsinə aparılmasına yardım göstərməkdə şübhəli bilinir.

Bundan başqa, 15-dən çox təşkilatın, o cümlədən uşaq düşərgələri, təhsil və idman mərkəzlərinin də sanksiya siyahısına salınması müzakirə olunur.

Siyahıya Moskvanın Turizm Komitəsinin – “Mosturizm” qurumunun da daxil edilməsi nəzərdən keçirilir. Avropa İttifaqının iddiasına görə, bu qurum ukraynalı yetkinlik yaşına çatmayanların məcburi assimilyasiyasına şərait yaradır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*