Vladlen Tatarskinin qətlində şübhəli bilinən Darya Trepova saxlanılıb.
KONKRET.az xəbər verir ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Vladlen Tatarskinin qətlində şübhəli bilinən Darya Trepovanın saxlanıldığını təsdiq edir.
Qeyd edək ki, hərbi jurnalist Vladlen Tatarskinin ölümünə Trepovanın ona təqdim etdiyi hədiyyənin partlaması səbəb olub.
Bu partlayışda 32 nəfər yaralanıb. Səkkiz nəfərin vəziyyəti ağır, on dörd nəfərin vəziyyəti orta ağırdır.
Xəsarət alanların ən kiçiyinin 14, ən yaşlısının isə 72 yaşı var.
Xuraman Etibarlı,
KONKRET.az
