Tatlısəs 5 evini zəlzələdən əziyyət çəkənlərə verdi – VİDEObackend

Tatlısəs 5 evini zəlzələdən əziyyət çəkənlərə verdi - VİDEO

Türkiyəli sənətkar İbrahim Tatlısəs zəlzələdən əziyyət çəkən vətəndaşlara dəstək olub.

KONKRET.az xəbər verir ki, o, Bodrumdakı 5 evinin qapısını vətəndaşlara açaraq, “Evim Yuvan Olsun” kampaniyasına qatıldığını vurğulayıb.

Tatlısəs İnstaqram hesabında video paylaşaraq hər kəsi kampaniyaya qoşulmağa çağırıb.

“Evim Yuvan Olsun” kampaniyasına qoşul. İndi yaraları sağaltmaq vaxtıdır. Bodrumda 5 mənzilimi zəlzələ qurbanlarına açdım. Mümkünsə, siz də edin”.

Qeyd edək ki, vitse-prezident Fuat Oktay Türkiyəni sarsıdan böyük zəlzələdən sonra kampaniyaya başladıqlarını açıqlayıb.

Bildirilib ki, xeyriyyəçilər evlərini zəlzələdən zərər çəkənlərə pulsuz və ya əlverişli şərtlərlə kirayə verə bilərlər.//Bakupost.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*