Tayvan azərbaycanlı dənizçiləri azad edib.
KONKRET.az xəbər verir ki, məlumatlı mənbələrdən Haqqin.az-a verilən xəbərə görə, ötən ilin iyulunda Tayvan sahillərində batan və sonradan bu ölkənin səlahiyyətli orqanları tərəfindən saxlanılan konteyner gəmisinin kapitanı və iki ekipaj üzvü sərbəst buraxılıb.
Xatırladaq ki, ötən il iyulun 21-də azərbaycanlı iş adamına məxsus və Palau Respublikasının bayrağı altında üzən “Angel” konteyner gəmisi Tayvanın Kaosyunq limanı sahillərində qəzaya uğrayıb.

Günel Mikayılova,
KONKRET.az
