Tayvan məsələsi Çin və ABŞ münasibətlərində qırmızı xəttdir – Vanq Yibackend

Tayvan məsələsi Çin və ABŞ münasibətlərində qırmızı xəttdir - Vanq Yi

Tayvan məsələsi ABŞ və Çin arasındakı münasibətlərdə qırmızı xətt olaraq qalır.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivanla görüşündə Çinin xarici işlər naziri Vanq Yi bildirib.

“Tayvan məsələsi Çin-ABŞ münasibətlərində keçilə bilməyən əsas qırmızı xətt sayılır.

Onun sözlərinə görə, ABŞ üç birgə Çin-Amerika kommünikesinə əməl etməli və “Tayvanın müstəqilliyini” dəstəkləməmək öhdəliyini yerinə yetirməlidir.

Nazir qeyd edib ki, “Çinin inkişafı güclü hərəkətverici qüvvəyə malikdir və qaçılmaz tarixi məntiqə uyğundur. Bu səbəbdən Çin xalqını qanuni inkişaf hüququndan məhrum etmək olmaz”.

Qeyd edək ki, tərəflər Çin və ABŞ prezidentlərinin Balidə əldə etdikləri konsensusun həyata keçirilməsini davam etdirmək, iki ölkə arasında yüksək səviyyəli mübadilələri davam etdirmək və Asiya-Sakit okean regionunun işləri üzrə ikitərəfli məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*