“Qarabağın təhlükəsizliyinin təminatçısı Ermənistandan çox Rusiyadır”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilir ki, 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Highgate Consult sosioloji agentliyi Qarabağda müxtəlif mövzularda sosioloji araşdırmalar aparıb.
“Suallardan biri ilə onlar Qarabağ məsələsinin həllinin hansı variantına meylli olduğunu öyrənməyə çalışıblar.
Aşağıdakı variantlardan birini seçmək tövsiyə olunub: Ermənistana qoşulmaq, Azərbaycanın tərkibində muxtariyyət, Rusiyaya qoşulmaq, status-kvonun saxlanması, Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması və digər cavablar.
Cəmi 18,6 faiz Ermənistanla birləşməyi dəstəkləyib. Təsəvvür edirsinizmi, Rusiya ilə birləşmənin tərəfdarları çox olub: 20,9 faiz. “Müstəqilliyin tanınması”nın tərəfdarlarının sayı isə daha çoxdur: 58,8 faiz.
Sonra ikinci sualı veriblər: beynəlxalq tanınma və status-kvonun saxlanması istisna olunarsa, hansı variantı seçəcəksiniz?
Bu dəfə 43,2 faiz Ermənistanla, 50,4 faiz isə Rusiya ilə birləşməyi qeyd edib”, – deyə media bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
