Tehranda yüksək hava çirkliliyinə görə məktəblər BAĞLANDIbackend

Tehranda yüksək hava çirkliliyinə görə məktəblər BAĞLANDI

İranın paytaxtı Tehranda yüksək hava çirkliliyinə görə ibtidai siniflər bağlanıb.

KONKRET.az xəbər verir ki, Tehran merinin müavini Abid Mələki şəhərdə havanın çirklənmə səviyyəsi və görülən tədbirlərlə bağlı açıqlamalar verib.

Mələki dünən verdiyi açıqlamada qeyri-sağlam hava şəraiti ilə əlaqədar fövqəladə hallar komissiyası yaradıldığı və komissiyasının qərarına əsasən məktəbəqədər, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin tətilə buraxıldığı bildirilib. 

Paytaxtda hava çirkliliyinin səhər saatlarından etibarən 201 mikroqram/kubmetr səviyyəsində müəyyən edildiyini bildirən Mələki, orta məktəb və lisey şagirdlərinin də çöldə idman etməsinin qadağan edildiyini qeyd edib.

Qeyd edək ki, şəhərdə əhalinin sıxlığı, həmçinin köhnə model avtomobillərin və geniş istifadə olunan motosikletlərin işlənmiş qazları Tehranda havanın çirklənməsini artıran amillərdəndir.

Xatırladaq ki, dünyanın hava çirkliliyi reytinqində ilk 3 şəhər arasında yer aldığı bildirilən Tehranda bu səbəbdən məktəblər tez-tez tətil edilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*