Qonşular arasında mübahisə qanla nəticələndibackend

Qonşular arasında mübahisə qanla nəticələndi

Bakının Suraxanı rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsinin “Sovxoz” adlanan ərazisində qeydə alınıb.

Bildirilir ki, internet kabelinin çəkilişi zamanı tərəflər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə 45 yaşlı Xaliq Bağırov çoxsaylı bıçaq xəsarətləri alaraq hadisə yerində ölüb.

Mərhumun yaxınları hadisənin təkcə internet kabeli üstündə baş verdiyinə inanmadıqlarını və qətldə bir neçə nəfərin iştirak etdiyini iddia edirlər.

Hadisə ilə bağlı Ceyhun adlı şəxs saxlanılıb. Fakt üzrə araşdırma davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*