Telegram Ukraynada bloklana bilərbackend

Telegram Ukraynada bloklana bilər

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Telegram”ı təhlükəli adlandırıb.

KONKRET.az xəbər verir ki, o, fikrini belə əsaslandırıb:

“Telegram” insanların pul üçün müəyyən şeyləri təbliğ etməyə başladığı təsir sistemidir. Bu, jurnalistika ilə bağlı deyil”, – deyə Danilov bildirib.

O əlavə edib ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası müvafiq xidmətlərdən göstəriş alacağı təqdirdə “Telegram”ı bloklaya bilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*