“Temu”nun yaradıcısı Çinin ən varlı adamı oldubackend

"Temu"nun yaradıcısı Çinin ən varlı adamı oldu

Çin bazarı “Pinduoduo” və onun törəmə şirkəti “Temu” ticarət platformasının yaradıcısı Kolin Xuan Çinin ən varlı adamı kimi tanınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg”in Milyarderlər İndeksinin (BBI) məlumatlarında qeyd olunub.

Milyarderin 2024-cü il avqustun 9-na olan sərvəti 48,6 milyard dollar olaraq qiymətləndirilir.

Bundan əvvəl, üç ildən artıqdır ki, ÇXR-in ən varlı adamı adı Çjun Şanşana məxsus idi. Sahibkar “Nongfu bulağı” qablaşdırılmış su satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard dollar dəyərində qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*