Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlandıbackend

Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlandı

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.

Bu barədə KONKRET.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çox saylı qəlpə yaraları diaqnozu ilə daxil olub.

Hazırda hər iki pasiyent əməliyyatdadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*