Tətil günlərində yol qəzalarında 10 nəfər ÖLÜBbackend

Tətil günlərində yol qəzalarında 10 nəfər ÖLÜB

Azərbaycanda Novruz bayramı və sonrakı tətil günlərində yol qəzalarında 10 nəfər ölüb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev KONKRET.az-a bildirib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər vəfat edib. Bayramdan sonrakı şənbə-bazar günlərində isə 3 nəfər yol qəzalarında həyatını itirib.

Müqayisə üçün bildirək ki, ötən il Novruz bayram günlərində yol-nəqliyyat hadisələri zamanı 14 nəfər ölmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*