Tatarıstanda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
KONKRET.az xəbər verir ki, təlim uçuşu zamanı baş verən qəza nəticəsində iki nəfər ölüb.
Uçuş zamanı təyyarə televiziya qülləsinə çırpılıb və Şemordan kəndindəki şəxsi evin bağçasına düşüb.
Ölən şəxslərin Kurkaçi aerodromunda yerləşən Tatarıstan Mərkəzi Aeroklubunun üzvləri olduğu bildirilib.
İlkin ehtimallara əsasən, hadisəyə pilotun idarəetmədə buraxdığı səhv və ya hava gəmisindəki texniki nasazlıq səbəb ola bilər.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, təhqiqatlara başlanılıb və qəzanın bütün təfərrüatları araşdırılır.
