El Salvadordan Braziliyaya uçan sərnişinlər təyyarədəki oturacaq üstündə kütləvi dava ediblər.
KONKRET.az “RenTV”yə istinadən xəbər verir ki, hər şey qadın sərnişinlərdən birinin əlil uşağı üçün yanında yer istəməsi ilə başlayıb.
Stüardessalar və pilotlar davanın bütün iştirakçılarını çətinliklə sakitləşdirə biliblər.
Məlumata görə, ondan çox sərnişin təyyarədən çıxarılıb. Nəticədə layner iki saatlıq gecikmə ilə havaya qalxıb.
İqbal Rzayev,
KONKRET.az
