“Tibb təhsili 4 ilə endirilməlidir, çünki…” – Tanınmış həkimdən VACİB AÇIQLAMAbackend

"Tibb təhsili 4 ilə endirilməlidir, çünki..." - Tanınmış həkimdən VACİB AÇIQLAMA

“Tibb Universitetinin təhsil sistemində müəyyən islahatlar aparılmalıdır. Çünki Tibb Universitetinin tələbələrinə əlavə və mənasız dərslər keçilir”.

Bu fikiləri KONKRET.az-a açıqlamasında tanınmış terapevt Rasif Bağırov səsləndirib.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Həkimlərə əlavə, mənasız dərslər keçirilir. Demək olar ki, universitetdə keçirilən fənlər həkimlərin heç yadında deyil. Həkimlər əsasən xəstəliklərin açar mexanizmlərinin öyrənilməsinə vaxt sərf etməli, eyni zamanda xəstələrlə daha çox məşğul olmalıdırlar. Belə olduqda tibb təhsilinin müddəti 6 ildən 4 ilə düşər. Həkimlər də normal qaydada əmək bazarına daxil ola bilərlər.”

Həkim qeyd edir ki, tibb təhsili sistemində mənasız dərslər və kurslar bir-birini əvəz edir:

“Azərbaycanda rezidenturaya daxil olmaq çox çətindir. Hətta deyərdim ki, Türkiyədəki uzmanlıq imtahanından da qat-qat ağırdır. Demək olar ki, həkimlərimiz o imtahandan keçə bilmir. Rezidenturaya daxil olandan sonra isə, hazırlıq prosesi zəif aparılır. Rezidenturanı bitirdikdən sonra yenə həkim işləmək üçün imtahan verilməlidir. Belə prosedurlar var. Tibb sahəsində mütləq şəkildə islahatlar aparılmalıdır.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*