Tibb tələbəsi görünüşü sayəsində 50 min qazandıbackend

Tibb tələbəsi görünüşü sayəsində 50 min qazandı

2025-ci il başlamamışdan əvvəl media artıq gözəllik müsabiqələrində münsiflərin diqqətini cəlb edən növbəti qalibin adını açıqlayıb.

KONKRET.az xarici mənbələrə istinadən xəbər verir ki, Alabamadan olan 22 yaşlı tibb tələbəsi Ebbi Stokard “Miss America” tituluna layiq görülüb.

Məlumata görə, iştirakçılar qalibiyyət uğrunda qara kəmərli mini paltarlarla podyuma çıxıb və daha sonra müsahibədən keçiblər.

Ebbi Stokard maraqlı xarici görünüşü ilə əlli rəqibini geridə qoyaraq arzulanan tacı və 50 min dollar pul mükafatını qazanıb./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*