Tiflisdə 12 min abonent qazsız qalıb – SƏBƏBbackend

Tiflisdə 12 min abonent qazsız qalıb - SƏBƏB

Gürcüstan paytaxtı Tiflisin İsan rayonunda yeraltı qaz kəmərində baş vermiş qəza nəticəsində 12 mindən çox abonent qazsız qalıb.

KONKRET.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qəza yanvarın 7-də axşam saatlarında Lex Kaçinski küçəsində baş verib.

Fərdi evlərin sakinlərindən başqa İsan rayonundakı bir neçə restorana, tibb müəssisəsinə, Dövlət Audit Xidmətinə və bazara qaz verilmir.

Qaz təchizatının bərpası üzrə təmir işlərinə start verilib.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*