“TikTok”la bağlı sərt AÇIQLAMA: “Son 5 gün qaldı”backend

"TikTok"la bağlı sərt AÇIQLAMA: "Son 5 gün qaldı"

Çinin “ByteDance” şirkətinə məxsus “TikTok”un ABŞ seqmentinin satışı ilə bağlı sövdələşmə bu həftə bağlanacaq.

KONKRET.az oxu.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, proses aprelin 5-dək yekunlaşacaq.

“Bizim çoxlu potensial alıcılarımız var. “TikTok”a böyük maraq var”, – dövlət başçısı əlavə edib.

O, ölkədə bu xidmətin bloklanılmaması üçün satılmasının zəruri olduğunu vurğulayıb.

Xatırladaq ki, yanvarın 19-da ABŞ-də “ByteDance”dan “TikTok”un ölkədəki seqmentini satmağı tələb edən qanun qüvvəyə minib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*