Timsahın ağzında 90 dəqiqə qalan qadın belə xilas oldu – VİDEObackend

Timsahın ağzında 90 dəqiqə qalan qadın belə xilas oldu - VİDEO

İndoneziyada timsahın ağzında 90 dəqiqə qalan qadın möcüzə nəticəsində xilas olub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı Falmira de Xesus çaydan su götürərkən qəfil timsahın hücumuna məruz qalıb.

Belə ki, timsah qadının ayağından tutub suya sürükləyib. Qadın plantasiyada işləyən insanları köməyə çağırmağı bacarıb.

“Ağrıyırdım, çıxa bilmirdim. Sadəcə öləcəyimi düşünürdüm. Hazırda xəstəxanadayam və hələ də timsahı beynimdə görürəm”, – deyə Falmira bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, timsah qadını təxminən 90 dəqiqə saxlayıb və bir neçə dəfə onu suyun altına sürükləməyə cəhd edib. Nəticədə sürünən ovunu buraxıb və geri çəkilib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*