Xalq artisti Tofiq Bakıxanovun vida mərasimi 25 avqust saat 11.00-13:00-da Təzə Pir məscidində keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi isə saat 13:30-da İkinci Fəxri Xiyabanda baş tutacaq.
Qeyd edək ki, Xalq artisti Tofiq Bakıxanov ötən gün vəfat edib.
