“Togg” bütün dünyada istifadə ediləcək” – Oktaybackend

"Togg" bütün dünyada istifadə ediləcək" - Oktay

“Ümid edirik ki, “Togg” gələcəkdə bütün dünyada istifadə ediləcək avtomobil olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

O xalqı da Türkiyə istehsallı avtomobildən istifadə etməyə çağırıb:

“Biz “Togg” avtomobilinə güvənirik. Ona görə də bundan istifadə edirik. İlkin hədəfimiz 1 milyon “Togg”un istifadəyə verilməsidir”.

F.Oktay söyləyib ki, yeni istehsal olunan avtomobilə ilk vaxtlardan bu qədər sərmayə qoyulması sevindiricidir:

“İnşallah, gələcəkdə daha gözəl xəbərlər verəcəyik”.

Qeyd edək ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*