Qazaxıstanda Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib.
KONKRET.az “Zakon.kz”a istinadən xəbər verir ki, müvafiq sənəd Akordanın saytında dərc olunub.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə bu vəzifəyə Ruslan Kunurov təyin edilib.

Qeyd edək ki, əvvəllər bu vəzifəni Nurbolat Topayev tutub.
O, bu vəzifəyə 2019-cu ilin sentyabrında təyin edilib.

İqbal Rzayev,
KONKRET.az
