Tokayevdən sərəncam: Nazarbayevin qardaşı oğlunu vəzifədən çıxardıbackend

Tokayevdən sərəncam: Nazarbayevin qardaşı oğlunu vəzifədən çıxardı

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) sədrinin birinci müavini, Nursultan Nazarbayevin qardaşı oğlu Samat Abiş vəzifəsindən azad edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sərəncamı ölkə prezidenti Kasım-Jomart Tokayev imzalayıb.

“Abiş Samat Satıbaldıulı Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilsin” – deyə president sərəncamının mətnində yazılıb.

Qeyd edək ki, Samat Abiş 2015-ci ilin dekabrından  bu vəzifəni icra edirdi.

No description available.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*