Tonqa sahilində güclü zəlzələ oldubackend

Tonqa sahilində güclü zəlzələ oldu

Tonqa Krallığının sahilində 5,7 maqnitudalı zəlzələ olub.

KONKRET.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 22,4 min insanın yaşadığı Tonqanın paytaxtı Nuku’alofa şəhərindən 133 km cənub-qərbdə yerləşib. Təbiət hadisəsinin ocağı 113 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*