Şimali Karolinadakı “Pfizer” əczaçılıq zavoduna tornado zamanı ciddi ziyan dəyib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidməti məlumat yayıb.
Qeyd olunub ki, iyulun 19-da ştatı vuran tornadonun sürəti saatda 217 kilometrə çatıb.
Təbii fəlakət nəticəsində “Pfizer” əczaçılıq zavoduna ciddi ziyan dəyib, insan tələfatı barədə məlumat verilmir.
Həmin görüntüləri təqdim edirik:
🚨 BREAKING NEWS: A Pfizer Warehouse Full of Covid Vaccines Was Just DESTROYED BY A TORNADO in North Carolina ⚠️ pic.twitter.com/BiyLw65OaV
— Matt Wallace (@MattWallace888) July 19, 2023
Həmçinin Şimali Karolinada yıxılan ağaclar ştatlararası magistral yolu bağlayaraq nəqliyyatın hərəkətini müvəqqəti olaraq dayandırıb. Huni yolundakı bəzi binalar sökülüb. Tornado zamanı 4 nəfərin xəsarət aldığı bildirilir.
İqbal Rzayev,
KONKRET.az
