Toy axşamı dəhşət: Yeznə qaynını öldürdü – VİDEObackend

Toy axşamı dəhşət: Yeznə qaynını öldürdü - VİDEO

Paytaxtın Binəqədi rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun 28 May qəsəbəsində qeydə alınıb.

KONKRET.az xəbər verir ki, məlumata görə, 30 yaşlı Taleh Qurbanov toy axşamı 37 yaşlı qaynı Qəlbinur Məmmədovla mübahisə edib. Mübahisə zamanı yeznə qaynına bıçaqla xəsarət yetirib. Qəlbinur Məmmədov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

“Toy burada olacaqdı. Aralarında məişət problemi olub. Axşam oturub çörək yeyiblər, mehriban olublar. Gecə isə hadisə baş verib. Bunlar, sadəcə, yeznə-qayın olmayıblar, qardaş, dost kimi idilər. Evləri eyni həyətdədir, aralarında hətta hasar da yoxdur”, – qohumlardan biri bildirib.

“Toy yasa dönüb. İçkili olmasaydılar, bu hadisə baş verməzdi”, – başqa bir qohum qeyd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır. /Baku Tv/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*