Pekində keçirilən görüş zamanı ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinin şəxsi bloknotuna baxarkən kameraya düşüb.
KONKRET.az xəbər verir ki, hadisə Çin liderinin qısa müddətlik uzaqlaşdığı an qeydə alınıb.
Görüşdə Tramp Si Cinpini “böyük lider” adlandırıb və ABŞ–Çin münasibətlərini “fantastik” kimi qiymətləndirib. O, danışıqları çox yaxşı keçdiyini bildirib.
Çin lideri isə qeyd edib ki, Pekin və Vaşinqtonun ortaq maraqları fikir ayrılıqlarını üstələyir və sabit Çin–ABŞ münasibətləri dünya üçün faydalıdır.
Müşviq Tofiqoğlu
KONKRET.az
