İrandan onlara SƏRT MESAJ: “Gizli xəyanət edənlərə… “backend

İrandan onlara SƏRT MESAJ: "Gizli xəyanət edənlərə... "

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai sosial şəbəkə hesabında ərəb dilində diqqətçəkən bir paylaşım edib. O, “Gizli şəkildə xəyanət edən, ictimai formada ifşa olunacaq” ifadəsini yazaraq dolayısı ilə mesaj verib.

KONKRET.az xəbər verir ki, bu paylaşım, Tehran və Təl-Əviv arasında gərginliyin artdığı bir dövrdə yayılıb.

Məlumata görə, gərginlik İsrail Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gizli səfər etdiyi barədə yayılan iddialardan sonra güclənib.

İsrail Baş nazirinin ofisi mayın 13-də yaydığı qısa açıqlamada Netanyahunun “Şir nəriltisi” əməliyyatı zamanı BƏƏ-yə gizli səfər etdiyini və orada Prezident Şeyx Məhəmməd bin Zayedlə görüşdüyünü təsdiqləyib.

Açıqlamada bu səfərin İsrail və BƏƏ münasibətlərində “tarixi irəliləyiş” kimi qiymətləndirildiyi bildirilib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*