ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkətinin bərpa olunduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkəsində bildirib.
“Gəmilər hərəkətə başlayır, onların bir çoxu neftlə yüklənmiş vəziyyətdə Hörmüz boğazından çıxır”, – ABŞ Prezidenti yazıb.
O qeyd edib ki, gəmilər tam təhlükəsiz və etibarlı cənub dəniz marşrutu ilə hərəkət edir.
ABŞ lideri həmçinin əlavə edib ki, gəmiçilik üçün digər marşrutlar da mövcuddur.
Daha əvvəl Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq hərbi əməliyyatların dayandırılması barədə razılığa gəliblər.
