ABŞ lideri Donald Trampın Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər etməyi planlaşdırdığı bildirilir.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfər etdikdən sonra Türkiyəyə də getməyi düşünür.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla ən qısa zamanda görüşəcəyini açıqlamışdı.