Donald Tramp Nyu-Yorkda bir akademiyanın məzun gününə qatılıb.
KONKRET.az xəbər verir ki, ABŞ liderinin çıxış zamanı su içməkdə çətinlik çəkməsi şübhələr yaradıb. Su stəkanını ağzına doğru aparmaqda çətinlik çəkən Tramp sol əlindən də istifadə etməli olub. Mütəxəssislər bunun beyində olan bir problemdən qaynaqlandığını və qalıcı nevroloji problem olduğunu qeyd ediblər.
Bu durum Trampın seçkilərdəki rəqibi Co Baydenin ən böyük tərəfdarı olan Con Kuperin də diqqətindən kənarda qalmayıb. O, Tvitter” hesabında bunları yazıb:
“Son görüntülər Trampın səhhətində problemlərin olduğunu göstərir. Yerimə forması, bir stəkan suyu içə bilməməsi, qarışıq nitqi və düşüncələrindəki labirint. “Ağ Ev nəyi gizlədir?”
