Trampın seçki ilə bağlı pulu qurtarır – Məhkəmə xərcləri 5 milyonu keçirbackend

Trampın seçki ilə bağlı pulu qurtarır - Məhkəmə xərcləri 5 milyonu keçir

ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəmə xərcləri fonunda ciddi maliyyə problemləri var.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalistlər seçki kampaniyasının məlumatlarına istinadən məlumat verirlər. Onun mart ayında 4,9 milyon dollar xərclədiyi deyilir.

“Tramp mart ayında vəkillik xərclərinə 4,9 milyon dollar xərcləyib və vəkillərini maliyyələşdirmək üçün istifadə etdiyi hesablarda yalnız 6,8 milyon dollar qalıb ki, bu da məhkəmə xərclərinin artması ilə əlaqədar ona maliyyə problemi yarada bilər”.

Trampın hüquqi təftiş dalğası 2023-cü ildə başlayıb. O, dörd iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Söhbət 78 maddə üzrə ittihamlardan gedir. ABŞ-ın keçmiş prezidenti 2020-ci il seçkiləri ilə əlaqədar Corciya ştatında rəsmi həbs prosesindən keçib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*