TÜRK MƏTBUATI: İstanbulda millət vəkilimizi taksi sürücüsü soyubbackend

TÜRK MƏTBUATI: İstanbulda millət vəkilimizi taksi sürücüsü soyub

Türkiyəyə səfər edən millət vəkili Fəzail Ağamalı İstanbulda otelə getmək üçün qızı və nəvəsi ilə birgə taksiyə minib. Taksi sürücüsünün ödənişi nəğd tələb etməsi səbəbi ilə pul qabını çıxaran deputat bir müddət sonra taksi şöferindən şübhələnərək taksidən enib. Pul qabını yoxlayan zaman bütün pullarının oğurlandığını bilən deputat polisə gedərək taksi sürücüsündən şikayətçi olub.

KONKTRET.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, türk mediası bildirir ki, millət vəkili polisə verdiyi ifadədə  qeyd edib ki, “axşam saatlarında Çağlayan Adliyesinin qarşısından qızım və nəvəmlə birlikdə Beşiktaşa getmək üçün taksiyə mindik. Taksi sürücüsü maşın hərəkət etməmiş məndən 25 lirə tələb etdi. Tıxac səbəbi ilə başqa taksı tapa bilməyəcəyimizdən narahat olub pul qabını çıxararaq istədiyi ödənişi etmək istərkən sürücü əlimdə tutduğum bütün pulları aldı. Niyə aldığını soruşanda 25 lirə götürəcəyini dedi. Mən pullarımı onun əlindən dərhal aldım. Ancaq bir müddət sonra şübhələndim və Beşiktaşa çatmamış taksidən endik”.

Taksi sürücüsü Selami T.

Fəzail Ağamalı əlavə edib ki. taksidən enən zaman pul qabını yoxlayıb və içindən 2 min lirənin götürüldüyünü görüb. Şikayət səbəbi ilə tutulan taksi şofsürücüsü Selami T. ifadəsi alınandan sonra  növbətçi Sulh Ceza Məhkəməsi tərəfindən tutularaq həbsxanaya göndərilib.

Depuatın şikayətindən sonra İstanbul Cumhuriyet Məhkəməsi taksi sürücüsü Selami T. haqqında istintaq başladıb. İstintaq zamanı sürücü Fazail Ağamalının “Beşiktaşa getmək üçün 25 lirə təklif etdiyini, bu pula Beşiktaşa gedilməyəcəyini dediyim zaman taksidən düşdü”, – deyib, Bir müddət sona sağ, ön oturacağın altına bir miqdar pul gördüyünü və bu pulu deputata qaytardığını və oğurluq etmədiyini bildirib.

Qeyd edək ki, 10 il həbsi istənilən taksi sürücüsünün bu günlərdə  İstanbul Asliye Ceza Mahkemesində hakim qarşısına çıxarılacağı gözlənilir.

  • mayis kazımov
    Aprel 5, 2020 - 16:45

    Deyirəm taksi sürücüsü necə bilib ki,bu adam levi seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*